ecde4589-22d2-4d46-8b42-a52de6ac13a2..jpg

Arvadının qabırğalarını sındıraraq işgəncə verən şəxs Ali Məhkəməyə müraciət etdi

Baxış sayı: 887 dəfə baxılıb.

Arvadının qabırğalarını sındıraraq işgəncə verən şəxs Ali Məhkəməyə müraciət
etdi

Bakıda arvadını döyməkdə və işgəncə verməkdə təqsirləndirilən Murad Abasov
barəsindəki hökmdən kassasiya şikayəti verib.

Pravda.az-ın əldə etdiyi məlumata görə, Ali Məhkəməyə müraciət edən məhkum
cəzasının yüngülləşdirilməsini istəyir.

Şikayət hakim Əziz Seyidovun sədrliyi ilə araşdırılacaq.

Məhkəmənin ilkin hazırlıq iclası martın 1-nə təyin edilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, yeddi il müddətinə azadlıqdan
məhrum edilib.

İttiham aktına əsasən, hadisə 2021-ci il iyun ayının əvvəllərindən avqust
ayının 9-dək olan müddət ərzində paytaxtın Sabunçu rayonu, Maştağa qəsəbəsində
qeydə alınıb.

Belə ki, M.Abasovun qeyri-rəsmi nikahda yaşadığı Minəxanım Müzəffərova ilə
aralarında qısqanclıq zəminində mübahisə yaranıb. Bu zaman o, yumruq və təpiklə
qadının bədəninin müxtəlif nahiyələrinə qəsdən vurub. Daha sonra M.Abasov
M.Müzəffərovanı mütəmadi olaraq döyüb və onun qabırğalarını sındırıb.

Bundan başqa, o, xüsusi amansızlıqla zərərçəkənə ağır iztirablar verib.

Cinayət materiallarında göstərilib ki, M.Müzəffərova ağrılara dözə bilməyib,
sevgilisinə onu vurmaması üçün yalvarıb. Lakin təqsirləndirilən şəxs qadının
dediklərinə məhəl qoymayıb, ona işgəncə verib.

Məhkəmədə ifadə verən M.Abasov ona elan olunmuş ittiham üzrə özünü qismən
təqsirli bilib.

Source link