“Arxada qalmış gələcək” gerçək oldu: Qaçqınlığa son qoyan uşaq – VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Baku TV-də Emil Hacıyevin apardığı araşdırmanın mövzusu “Arxada qalmış
gələcək” filmidir.
Film qaçqın düşərgəsində yaşayan, keçmişə, 1990-cı illərin müharibə bölgəsinə
düşən uşağın hekayəsindən bəhs edir. Film Sergey Abramovun “Cəbhəyanı meşədə”
povestinin motivləri əsasında çəkilib.
Filmdə hadisələr 14 yaşlı Səmədin təxəyyülündə, hallüsinasiya vəziyyətində baş
verir. 2004-cü ildə yaşayan qəhrəman qaçqınlara məxsus adi həyat tərzi sürür.
O, gözlənilməz hadisə nəticəsində huşunu itirir və 90-cı illərə düşür.
Əsgərlərə Qarabağın artıq işğal olduğunu deyəndə onlar əsəbiləşirlər.
Əsgərlər buna baxmayaraq, tərəddüd etmədən əməliyyatları sona çatdırmağa qərar
verirlər.
Daha ətraflı süjetdə: