a36ccc64-20b1-4890-aa4c-d91c4677a697.png

Arxeoloqlar məşhur “İndiana Cons” filmində təsvir edilən iki min illik məbədi tapıblar

Baxış sayı: 166 dəfə baxılıb.

İtaliyada qədim sivilizasiya tərəfindən tikilmiş və “Indiana Jones” (“İndiana
Cons”) film seriyasında təsvir edilmiş iki min illik məbəd tapılıb.

Cixisyolu.com-ın verdiyi məlumata görə, bu barədə “Daily Mail” xəbər verib.

Bildirilir ki, arxeoloqlar bu kəşfi Puteoli sahilində ediblər. Orada
düzbucaqlı planlaşdırması, iki otağı və daxili ərazilərə çıxışı olan böyük bir
bina tapılıb. Binanın əcnəbi tacirlər üçün nəzərdə tutulduğu ehtimal olunur.

Məlumata görə, bina nabateyalılar tərəfindən tikilib. Onlar İordaniyadan
gəlmiş köçəri ərəb ticarət sivilizasiyasını təmsil edirdilər. Nabateyalılar
mürəkkəb məqbərə hesab edilən Əl-Xəznəni də tikiblər.

Qeyd edək ki, “Indiana Jones and the Last Crusade” (“Indiana Cons və son səlib
yürüşü”) filmi məhz burada çəkilib.

Source link