London Universitetinin alimləri müəyyən ediblər ki, az qazancı olan insanların ahıl yaşlarda əqli zəiflik riski çox yüksəkdir.
ÇıxışYolu.Com “MedicalXpress”ə istinadla xəbər verir ki, araşdırmaçıların məqaləsi “JAMA Psychiatry” jurnalında dərc olunub.
Ekspertlər “English Longitudinal Study of Ageing” (ELSA) təşkilatının uzunmüddətli araşdırmalarını analiz ediblər. Bu araşdırmalarda 1902-1943-cü illərdə İngiltərədə doğulmuş və yaşamış altı min insan iştirak edib.
Araşdırmalar zamanı məlum olub ki, yüksək əməkhaqqı alan şəxslərin əqli problemlərdən əziyyət çəkmə ehtimalı az qazanclı insanlardan daha zəifdir.
Alimlər bunu mövcud yaşayış vasitələrinin insanların həyatına təsiri ilə izah ediblər.