5923e2de-4ed0-4ace-b01b-497bdedcf4d3..jpg

ASALA, PKK himayəçisi Fransanın Moskva terrorundakı izi – TƏHLİL + FOTO

Baxış sayı: 505 dəfə baxılıb.

ASALA, PKK himayəçisi Fransanın Moskva terrorundakı izi – TƏHLİL + FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Fransa terrorizmi dəstəkləyən dövlət kimi də dünya tarixində xatırlanacaq.
Uzun illər müstəmləkə torpaqlarında dinc sakinlərə qarşı törətdiyi soyqırımı
azmış kimi, bəzi terror cinayətlərinin də mərkəzində Fransa dayanır.

Ötən il Mali hakimiyyəti Fransadan hərbçilərini çıxarmağı tələb etmişdi. Buna
səbəb fransızların terrorçularla əlaqəsi göstərilirdi.

Fransa hakimiyyəti Afrikada iradəsinə tabe olmayan, Yelisey sarayının
ağalığına qarşı mübarizə aparan neçə-neçə siyasətçini fiziki olaraq məhv edib.

Bu gün isə Moskvada “Crocus City Hall”da törədilən terror hadisəsinin
günahkarları araşdırılır. “Bu cinayəti hansı dövlət və niyə törədib?” sualına
cavab axtarılır. Siyahıda adı ilk yerdə gələn ölkələrdən biri məhz Fransadır.

Rusiya Milli Təhlükəsizik Şurası sədrinin müavini Dmitri Medvedev “Crocus City
Hall”da baş verən hadisədə Fransa Prezidenti Emmanuel Makronun adını çəkib.
Müxtəlif dəyərləndirmələrə əsasən, rəsmi Paris bu dəhşətli terror aktının
sponsorlarındandır.

Fransanın adı bu cinayətdə, nəzəri cəhətdən olsa belə, niyə hallanır?
Beynəlxalq aləmdə elə hadisələr baş verir ki, onun müəllifini və ya
müəlliflərini axtarmağa elə də çox vaxt lazım olmur. Məsələn, 2001-ci il
sentyabrın 11-də ABŞ-də törədilən silsilə terror aktlarında “əl-Qaidə”nin
adının hallanmasına heç kim təəccüblənmədi, yaxud bu qruplaşmaya qara
yaxıldığını dilə gətirmədi. Çünki “əl-Qaidə” davranışı və törətdiyi cinayətlərə
əsasən, bu “nüfuzu” qazanmışdı. Sonradan irəli sürülən mülahizələr öz təsdiqini
tapdı. Quantanamo həbsxanasında bu terrorla əlaqəsi olan qrup üzvləri həbsdə
saxlanıldı.

“Crocus City Hall” terror cinayətinin açılmasında Rusiya daha maraqlı ölkədir.
Bu baxımdan, Rusiyanın aidiyyəti qurumlarının məsələyə dair çoxsaylı
əsaslarının olduğu da istisna edilmir.

Fransa Türkiyəyə qarşı fəaliyyət göstərən bütün terror qruplaşması
təəssübkeşləri və tərəfdarlarının, bir sıra hallarda isə üzvlərinin,
liderlərinin sığınacaq yeridir. Ötən əsrin əvvəllərində Fransada daşnaklar
Osmanlı və Türkiyənin rəsmi dövlət adamları, diplomatlarını terror ediblər.

Sonralar bu sıraya ermənilərin ASALA terror təşkilatı da daxil oldu. Bu
qruplaşma Fransanın himayəsi altında olan Livanın Beyrut şəhərində 1980-ci
illərdə yaradılıb. Onun türklərə qarşı törətdiyi çoxsaylı cinayətlərin izləri
tarixdə qalıb.

Bundan başqa, 1981-ci ildə bu ölkədə erməni gəncləri “Orli qrupu” terror
qruplaşmasını qurub. Bu qrup 1987-ci ilədək dünyanın müxtəlif hava limanlarında
10-dan artıq terror aktı həyata keçirib. “İntiharçılar eskadronu” adlı erməni
terror təşkilatı 1981-ci ildə Parisdə yaradılıb. Bu terror qrupu Türkiyənin
Fransadakı Baş Konsulluğunun binasına hücumda iştirak edib. Emmanuel Makronun
prezidenti olduğu ölkədə 1990-cı ildə “Gənc ermənilər ittifaqı” yaradılıb. O,
diplomatların oğurlanması ilə məşğul olub. 1991-ci ildə Fransada “Erməni
azadlıq hərəkatı” (AOD) yaradılıb. O, ASALA ilə sıx şəkildə fəaliyyət göstərib.

Fransa Azərbaycan torpaqlarının Ermənistanın işğalı altında qalması
istiqamətində ən çox fəallıq göstərən erməni havadarlarından idi. 2020-ci ildə
44 günlük müharibə zamanı da Fransa Ermənistanın Azərbaycanda törətdiyi
cinayətlərin şəriki olduğunu göstərmişdi. Rəsmi Paris həmin günlərdə özünü
terrorçu qruplaşmaların başçısı kimi aparırdı.

Yelisey sarayı Azərbaycanı könüllü olaraq tərk edərək Ermənistana getmiş
erməni sakinləri ələ almaq üçün təkcə ötən ilin əvvəlində 12,5 milyon avro
ayırmışdı. Sonrakı dövrdə bu rəqəm daha çox olub. Emmanuel Makron bu yaxınlarda
Ukraynaya 2 min hərbçi göndərəcəyini bildirmişdi. Ehtimal olunur ki, onların
bir hissəsi Qarabağdan könüllü olaraq Fransaya köç edən sakinlərdir. Onlar
vaxtilə Qarabağda Azərbaycana qarşı silahlı hücumlarda iştirak etmiş köhnə
döyüşçülərdir. Bu baxımdan, Makron hakimiyyətinin xüsusi xidmət orqanları
sosial vəziyyəti ilə əlaqədar tora saldığı erməniləri Fransa dövlətinin adından
Ukraynaya göndərməyə çalışır. Vaxtilə terrorçu PKK, İŞİD, “əl-Qaidə” və başqa
qruplaşmalar da sıralarına bu sayaq silahlı toplayıb. İndi Fransanın belə
davranışı terror qruplaşmaların fəaliyyətini xatırladır.

Fransa hakimiyyəti Afrikada qalıb möhkəmlənmək, olduğu ölkələrin hakimiyyət
orqanlarına təzyiq vasitəsi olaraq terrorçu qruplaşmalardan daim istifadə edib.
Bu baxımdan, onun beynəlxalq terrorizmlə əlaqələri xəbəri də yenilik sayılmır.
Fransanın “Lafarge” şirkətinə aid olan və Suriya ərazisində fəaliyyət göstərmiş
sement zavodunun İŞİD terror qruplaşması ilə əlaqələri buna örnəkdir. Zavodun
bu terror qruplaşması tərəfindən maliyyələşdirdiyi çoxdan təsdiqlənib. Türkiyə
Milli Kəşfiyyat Təşkilatının keçirdiyi antiterror əməliyyatı nəticəsində
terrorizmə xidmət göstərən bu sement zavodu darmadağın edilmişdi.

Bu və başqa məlumatlar Fransanın beynəlxalq terror hadisələrində əli olduğunu
təsdiqləyir. Odur ki, “Crocus City Hall”da törədilən terror aktında Fransa
xüsusi xidmət orqanlarının əli olduğu da istisna edilmir. Bu mənada, rəsmi
Parisin azərbaycanəsilli iş adamlarına məxsus konsert zalında məlum terrorun
törədilməsi də təsadüfi sayılmır. Yelisey sarayı bu cinayəti ilə Azərbaycanla
Rusiya arasında əlaqələrə xələl gətirmək, Rusiyada dini və etnik zəmində nifaq
yaratmağı hədəfləyə bilər. Çünki Azərbaycanın Cənubi Qafqazda Qərb və Şimalla
güclü əlaqələrə malik yeganə dövlət olması faktını Fransa hakimiyyəti qəbul edə
bilmir.

Yeri gəlmişkən, Fransa Rusiyadan ən çox təbii qaz alan Avropa İttifaqı
ölkəsidir. 2024-cü ilin əvvəlindən bu ölkə Rusiyadan mayeləşdirilmiş təbii
qazın (LNG) illik alışını 75 faiz artırıb. Bu da Aİ-nin istənilən digər
ölkəsinin göstəricilərini üstələyir.

“Politico”nun məlumatına görə, 2024-cü ilin ilk üç ayında Fransa Rusiyadan 600
milyon avrodan çox LNG alıb.

Qeyd edək ki, rəsmi Paris Avropa İttifaqı ölkələrini Azərbaycanın təbii
qazından imtina etməyə çağırıb. Bu isə deməyə əsas verir ki, Fransa energetika
bazarında da Azərbaycan üçün problem yaratmağa cəhd göstərir.

Rəsmi Bakının mövqeyi Parisə Cənubi Qafqazda at oynatmağa mane olur. Rusiya
ilə Azərbaycanın münasibətlərinin korlanması isə vəziyyətin Qərbə doğru
dəyişməsinə təkan verər. Belə hal isə Parisin əlini gücləndirər. Bu kimi
səbəblərə görə Fransa Azərbaycanın hətta Qərb bloku ilə də münasibətlərinin
inkişafına mane olmağa çalışır. Beləliklə, müstəmləkəçi, insan alverçisi Fransa
bundan sonra beynəlxalq aləmdə həm də terrorçuluğun sponsoru olaraq tanınacaq.

“Report” İnformasiya Agentliyi

Source link