“ASAN” mərkəzlərinin iş qrafiki dəyişdirildi

“ASAN” mərkəzlərinin iş qrafiki dəyişdirildi

Baxış sayı: 2. 611 dəfə baxılıb.

“ASAN” mərkəzlərinin iş qrafiki dəyişdirildi

Avqustun 20-dən “ASAN xidmət” və “ASAN Kommunal” mərkəzlərində xidmət daha erkən başlayacaq. 

Bu barədə ÇıxışYolu.Com-a Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İnformasiya təminatı şöbəsindən məlumat verilib. 

Həmin tarixdən “ASAN xidmət” və “ASAN Kommunal” mərkəzləri həftənin bazar ertəsi – cümə günləri saat 09:00-dan 19:00-dək, şənbə və bazar günləri isə 09:00-dan 17:00-dək fəaliyyət göstərəcək. Yalnız “ASAN Kommunal” mərkəzlərində bazar günü qeyri-iş günüdür.

Eyni zamanda, 108 Çağrı mərkəzinin iş rejimində də dəyişiklik ediləcək. Mərkəz bazar ertəsi – cümə günləri saat 09:00-dan 18:00-dək, şənbə günü isə saat 09:00-dan 13:00-dək fəaliyyət göstərəcək.

www.ÇıxışYolu.Com