f3a69cb1-0e86-4148-9ccf-d59566827b75..jpg

“ASAN xidmət” və “ASAN Kommunal” mərkəzləri nə zaman işləyəcək?

Baxış sayı: 660 dəfə baxılıb.

“ASAN xidmət” və “ASAN Kommunal” mərkəzləri nə zaman işləyəcək?
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Novruz bayramı ilə əlaqədar olaraq martın 24-dək “ASAN xidmət” və “ASAN
Kommunal” mərkəzlərində qeyri-iş günüdür.

Bu barədə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və
Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən
məlumat verilib.

Bildirilib ki, martın 25-dən etibarən vətəndaşlar mərkəzlərə üz tutaraq
xidmətlərdən yararlana bilərlər.

Qeyd edək k, ölkə ərazisində 27 “ASAN xidmət” mərkəzi mövcuddur. Hazırda 3
saylı Bakı “ASAN xidmət” mərkəzi təmir-bərpa işləri ilə əlaqədar müvəqqəti
olaraq fəaliyyətini dayandırıb.

Source link