“ASAN xidmət”in mətbuat katibi Kənd Təsərrüfatı Nazirliyinə keçdi

“ASAN xidmət”in mətbuat katibi Kənd Təsərrüfatı Nazirliyinə keçdi

Baxış sayı: 2. 294 dəfə baxılıb.

“ASAN xidmət”in rəsmisi Anar Hüseynov Kənd Təsərrüfatı Nazirliyinə keçib.

ÇıxışYolu.Com-ın əldə etdiyi məlumata görə, o, nazirlikdə İctimaiyyətlə əlaqələr və İnformasiya siyasəti şöbəsinin rəhbəri vəzifəsini həyata keçirəcək.

Anar Hüseynovun “ASAN xidmət”də fəaliyyətinə nəzər yetirsək, tezliklə Kənd Təsərrüfatı Nazirliyində də bu sahədə yeni yanaşmalarının olacağı gözlənilir.

Qeyd edək ki, Anar Hüseynov fəaliyyətinə İctimai Televiziyada xəbər aparıcısı kimi başlayıb. Bundan sonra Strateji Araşdırmalar Mərkəzində mətbuat xidmətinin rəhbəri kimi fəaliyyət göstərib.

Sonra Azərbaycanda fəaliyyət göstərən “Jumeirah Bilgah Beach Hotel”də fəaliyyətini davam etdirib.

2013-cü ildə isə Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İnformasiya təminatı şöbəsinin rəhbəri vəzifəsinə təyin olunub.

.
www.ÇıxışYolu.Com