929833d0-8950-47ee-be6a-297e83ca029c..jpg

ASCO Xəzərdə üzən bütün gəmilərinə xəbərdarlıq göndərib

Baxış sayı: 480 dəfə baxılıb.

ASCO Xəzərdə üzən bütün gəmilərinə xəbərdarlıq göndərib

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC (ASCO) Xəzərdə üzən bütün gəmilərinə
xəbərdarlıq göndərib.

Bu barədə qurumun mətbuat katibi Mehman Mehdiyev məlumat verib.

“Oktyabrın 9-u gundüz saatlarından oktyabrın 10-u səhər saatlarınadək Xəzər
Dəniz Akvatoriyasında şimal-qərb-şimal küləyinin 18-23 m\s, arabir 25-30 m\s
acıq dənizdə 33-35 m\s qədər güclənəcəyi gözlənilir. Dalganın hündürlüyünün 2-4
metr, sonrakı inkişafda 4,5-6,5 metr olacagı gözlənilir”, – məlumatda deyilir.

Tapşırılıb ki, gözlənilən hava şəraiti ilə əlaqədar gəmilərdə qabaqlayıcı
təhlükəsizlik tədbirləri görülsün, gəmilərin qeyd edilən tarixdə təhlükəsiz
sığınacaqlara getməsi təmin olunsun.

“Həmçinin səfərə çıxacaq və dənizdə hərəkətdə olan gəmilərə tapşırılıb ki,
gözlənilən hava şəraitini nəzərə alaraq sığınacaqlara getmələrini qabaqcadan
planlaşdırsınlar”, – ASCO-nun açıqlamasında deyilir.

Source link