4809b3f2-a296-41b1-8555-f0bf5b22df08..jpg

Aşıq Ələsgərin abidəsinin hazırlanması prosesi başa çatıb – FOTO

Baxış sayı: 569 dəfə baxılıb.

Aşıq Ələsgərin abidəsinin hazırlanması prosesi başa çatıb – FOTO

Aşıq Ələsgərin heykəlinin bürüncdən tökülməsi prosesi başa çatıb.

Bu barədə APA-nın sorğusuna cavab olaraq, Azərbaycan Rəssamlar İttifaqı
nəzdində İstehsalat Yaradıcılıq Kombinatının direktoru Baloğlan Hüseynov
məlumat verib.

Onun sözlərinə görə, bundan sonrakı proses abidənin lazımi yerdə
ucaldılmasıdır:

“Bunun üçün də Mədəniyyət Nazirliyinə məlumat verilib”.

Qeyd edək ki, abidənin memarı Malik Babayevdir.

Xatırladaq ki, Prezident İlham Əliyevin Sərəncamına əsasən, Mədəniyyət
Nazirliyi tərəfindən Aşıq Ələsgərin abidəsinin ucaldılması ilə bağlı müsabiqə
keçirilib və heykəltaraş, Xalq rəssamı Natiq Əliyevin təqdim etdiyi eskiz qalib
olub.

Abidənin Rəşid Behbudov və Bakıxanov küçələrinin kəsişməsində yerləşən parkda
ucaldılması nəzərdə tutulur.

Source link