566b4781-420e-4d23-b932-a1a97a64ab8b..jpg

Aşıq Ələsgərin abidəsinin nə vaxt hazır olacağı açıqlanıb

Baxış sayı: 625 dəfə baxılıb.

Aşıq Ələsgərin abidəsinin nə vaxt hazır olacağı açıqlanıb

“Aşıq Ələsgərin abidəsinin bürüncdən tökülməsi prosesi başa çatmaq üzrədir”.

Bu barədə APA-ya ARİ nəzdində İstehsalat Yaradıcılıq Kombinatının direktoru
Baloğlan Hüseynov məlumat verib.

Onun sözlərinə görə, 10 gün içərisində abidənin hissələrinin metaldan
(bürüncdən, – N.P.) tökülməsi prosesi yekunlaşacaq: “Bundan sonra isə həmin
hissələrin yığılması həyata keçiriləcək. Bu prosesi isə biz, təxminən,
sentyabrın sonuna qədər yekunlaşdırmağı planlaşdırmışıq”.

Xatırladaq ki, Prezident İlham Əliyevin Sərəncamına əsasən, Mədəniyyət
Nazirliyi tərəfindən Aşıq Ələsgərin abidəsinin ucaldılması ilə bağlı müsabiqə
keçirilib və heykəltəraş, Xalq rəssamı Natiq Əliyevin təqdim etdiyi eskiz qalib
olub. Abidənin memarı Malik Babayevdir.

Abidənin Rəşid Behbudov və Bakıxanov küçələrinin kəsişməsində yerləşən parkda
ucaldılması nəzərdə tutulur.

Source link