Asiya Çempionlar Liqasının Qərb divizionunda üçüncü turun oyunları keçirilir.
Cixisyolu.com xəbər verir ki, İran təmsilçisi “İstiqlal” Səudiyyə Ərəbistanın
“Ən-Nəsr” klubunu qəbul edib.
Qonaqlar yalnız 81-ci dəqiqədə ev sahiblərinin müqavimətini qıra biliblər.
Emerik Laport dəqiq zərbə ilə “Ən-Nəsr”in qələbəsini təmin edib – 0:1.
Onun ulduz həmkarı Kriştianu Ronaldu matçda iştirak etsə də, məhsuldarlıqla
yadda qalmayıb.
Qeyd edək ki, üç turdan sonra Qərb divizionuna 9 xalla Səudiyyə Ərəbistanın
digər klubu “Əl-Hilal” başçılıq edir. “Ən-Nəsr” 7 xalla 4-cü, “İstiqlal” isə 3
xalla 7-ci yerdədir.