Asiya İnkişaf Bankının (AİB) Azərbaycan üzrə yeni ölkə direktoru təyin edilib.
“Report”a daxil olan məlumata görə, bu, Sunniya Durrani-Camaldır.
O bu gün AİB-in Azərbaycandakı daimi nümayəndəliyində rəsmi olaraq vəzifəsinin
icrasına başlayıb.
Qeyd edək ki, xanım Durrani-Camal 25 ildən çox peşəkar təcrübəyə malikdir,
onun 16 ilini əsasən rəhbər vəzifələrdə olmaqla AİB-də çalışıb. O, bankın
Kamboca üzrə ölkə direktoru, Şərqi Asiya, Cənub-Şərqi Asiya və Sakit okean
regionu üzrə vitse-prezidentinin baş məsləhətçisi, həmçinin baş iqtisadçısı
olub.
Xanım Durrani-Camal Böyük Britaniyanın Sasseks Universitetindən iqtisadiyyat
(insan kapitalının İnkişafı) üzrə magistr dərəcəsi və Pakistanın Quaid-i-Azam
Universitetindən iqtisadiyyat elmləri (pul siyasəti) üzrə magistr dərəcəsinə
malikdir.
O, AİB-in Azərbaycan nümayəndəliyində 2021-ci ildən bu vəzifəni icra edən ölkə
direktoru Kandays MakDiganı əvəz edib.