Asiyanın ən nüfuzlu universitetinin rəhbərliyi Odlar Yurdu Universitetində

Asiyanın ən nüfuzlu universitetinin rəhbərliyi Odlar Yurdu Universitetində

Baxış sayı: 3. 482 dəfə baxılıb.

Çinin Tsingua Universitetinin “Schwarzman” Kollecinin dekanı David Pan Odlar Yurdu Universitetinin qonağı olub. 

ÇıxışYolu.Com xəbər verir ki, qonağı Odlar Yurdu Universitetinin rektoru professor Əhməd Vəliyev qəbul edib, onu universitetdə görməkdən məmnunluğunu bildirib. 

Rektor rəhbərlik etdiyi ali təhsil müəssisəsinin yaranma tarixi, tədris prosesi, fəaliyyət istiqamətləri və beynəlxalq əlaqələri haqqında səfirə dolğun məlumat verib. 

O vurğulayıb ki, Azərbaycanla Çin arasındakı dostluq və əməkdaşlıq münasibətləri dərin tarixi köklərə və ənənələrə malikdir:

“Bu gün ölkələrimiz arasındakı əlaqələr gündən-günə inkişaf edir, hər iki ölkə arasında təhsil sahəsində də münasibətlər yüksək səviyyədədir. İnanıram ki, birgə səylər nəticəsində Azərbaycan və Çin arasında olan dostluq əlaqələri, eyni zamanda, ikitərəfli və çoxtərəfli qaydada əməkdaşlıq sahələri daha da möhkəmlənib inkişaf edəcək”, – deyə qeyd edən rektor bu əlaqələrin təhsil sahəsinə də müsbət təsir etməsi arzusunu dilə gətirib. 

Rektor universitet, burada təhsil alan əcnəbi tələbələr barədə də qonaqlara geniş məlumat verib. 

Daha sonra tələbələrlə görüş olub. D.Pan tələbələrlə görüşün onun üçün böyük şərəf və qürurverici olduğunu deyərək, Azərbaycan və Çin xalqları arasındakı sıx dostluq münasibətlərindən danışıb. 

Sonra qonağa Odlar Yurdu Universitetinin Fəxri Professoru Diplomu təqdim olunub. Səmimi qəbula və qonaqpərvərliyə görə təşəkkür edən David Pan Odlar Yurdu Universitetində olmaqdan məmnun olduğunu söyləyib.

Qonaq Azərbaycan və Çin arasında olan dostluq əlaqələrinin tarixi köklərə söykəndiyini bildirib və bu əlaqələrin təhsil sahəsinin və iki universitet arasındakı münasibətlərin də inkişaf etməsinə töhfə verəcəyinə əminliyini ifadə edib.

Odlar Yurdu Universitetinin inkişafı, universitetin beynəlmiləlləşdirmə siyasəti və bu universitet ilə əməkdaşlıq maraqlarından danışıb. Daha sonra qonaq Odlar Yurdu Universiteti tələbələrinin Çin universitetləri ilə tələbə mübadiləsi və s. imkanlar barədə məlumat verib.

Tədbirin sonunda qonaq tələbələri maraqlandıran sualları cavablandırıb.

www.ÇıxışYolu.Com