03595e89-db76-423f-964b-fd5d3c975b04..jpg

Asiyanın ən yaxşı futbolçusunun adı məlum oldu

Baxış sayı: 1. 027 dəfə baxılıb.

Asiyanın ən yaxşı futbolçusunun adı məlum oldu

İngiltərənin “Tottenhem” klubunun Cənubi Koreyadan olan hücumçusu Son Xın Min
Asiyada 2022-ci ilin ən yaxşı oyunçusu seçilib.

Cənubi Koreya millisinin 30 yaşlı oyunçusu sorğuda 256 xal toplayıb və ardıcıl
altıncı il bu mükafata layiq görülüb.

İkinci yeri 120 xalla iranlı hücumçu Mehdi Taremi ilə Səudiyyə Ərəbistanı
milli komandasının üzvü Salem Əl-Dövsəri bölüşdürüblər.

Qeyd edək ki, hər il təşkil edilən səsvermə Asiyanın tanınmış idman
jurnalistləri və futbol ekspertləri arasında keçirilir.

Mənbə: Championat

Source link