fea59d41-0db2-4570-8a46-491f206a9ed5..jpg

Aslı Enver övladını Avropada dünyaya gətirəcək

Baxış sayı: 927 dəfə baxılıb.

Aslı Enver övladını Avropada dünyaya gətirəcək

Türkiyənin məşhur aktrisası Aslı Enver övladını Böyük Britaniyada dünyaya
gətirməyi planlaşdırır.

Altıaylıq hamilə olan aktrisanın həyat yoldaşı Berkin Gökbudaqla birlikdə
Londonda doğum xəstəxanası və həkim axtardığı bildirilir.

Türkiyəni müvəqqəti tərk edən sənətçi Britaniyada ailəsinə məxsus olan mənzili
dünyaya gələcək qızı üçün hazır vəziyyətə gətirəcək.

Qeyd edək ki, ana olmağa hazırlaşan 38 yaşlı Aslı Enver körpə geyimlərinin
satışı ilə məşğul olan brendlə 5 milyon lirə məbləğində müqavilə bağlayıb.
Aktrisaya sonsuz-hesabsız reklam təklifləri gəlir.

Xatırladaq ki, Enver özü də Londonda dünyaya gəlib və 12 il orda yaşayıb. O,
iş adamı Berkin Gökbudaqla bir neçə ay əvvəl ailə qurub.

Mənbə: Takvim

Source link