Avropa Şurasının Parlament Assambleyasında Ukraynanın Donbas bölgəsinin Rusiya tərəfindən işğalının tanınması ilə bağlı səsvermə keçirilib.
ÇıxışYolu.Com “Lenta.ru”ya istinadən xəbər verir ki, bu barədə Ukraynanın AŞPA-dakı nümayəndə heyətinin rəbhəri Vladimir Aryov sosial şəbəkə hesabında məlumat paylaşıb.
Onun sözlərinə görə, AŞPA Kiyevin “Fövqəladə vəziyyət və insan haqları ilə bağlı konvensiyalardan yayınma” haqqında hesabata etdiyi düzəlişləri qəbul edib.
“Artıq beynəlxalq sənədlərdə də “Voyentorqun” mədənçilər və traktorçular haqqında nağıllarının sonu çatdı”, – deyə diplomat yazıb.
Sənəddə əvvəl Donbas bölgəsi “non-government controlled territories” yəni hökumətin nəzarətində olmayan ərazilər olaraq göstərilirdisə, qəbul olunan düzəlişdən sonra “territories under control by the Russian Federation” yəni Rusiya Federasiyasının nəzarətində olan ərazilər ifadəsi ilə əvəzlənib.