Azərbaycanda keçiriləcək prezident seçkiləri ilə bağlı Avropa Şurası Parlament Assambleyasının (AŞPA) müşahidə missiyasının Bakıya səfəri başlayıb.
ÇıxışYolu.Com xəbər verir ki, bu haqda AŞPA-nın Azərbaycan üzrə Monitorinq Komitəsinin həmməruzəçisi Stefan Şennak öz “Twitter” hesabında məlumat verib
Məlumatda bildirib ki, səfər zamanı ATƏT DTİHB müşahidə missiyasından olan həmkarları, eləcə də, prezidentliyə namizəd olan 8 şəxslə görüşəcək.
33 nəfərlik AŞPA müşahidə missiyasına rumıniyalı parlamentar Viorel Rişard Badea sədrlik edir. Nümayəndə heyəti ATƏT PA və ATƏTDTİHB ilə birlikdə aprelin 11-də prezident seçkilərini müşahidə edəcək.