Aşqabad aeroportunda ölkəyə gələn sərnişinlərin mobil telefonları yoxlanılır. Sərhədçilər sərnişinləri mobil cihazlarda olan məlumatlar barədə sorğu-suala tutur.
ÇıxışYolu.Com xəbər verir ki, bu barədə “Azadlıq” radiosunun Türkmənistan redaksiyası məlumat yayıb.
Məlumata görə, sərnişinlər Türkmənistan paytaxtında ciddi problemlərlə üzləşir.
Saatlarla davam edən pasport yoxlanışından sonra, sərnişinlərin mobil telefonlarının müsadirə olunduğu bildirilir.
İddiaya görə, aeroport əməkdaşları ilk növbədə mobil telefonlarda olan əlaqə nömrələrinin siyahısını yoxlayır, sərnişinlərə ölkə barədə hansı xarici saytlardan məlumat aldıqlarını soruşur.
Türkmənistanın Miqrasiya xidməti mobil telefonların yoxlanılması ilə bağlı “Azadlıq” radiosunun sorğusuna cavab verməyib.