68f6bcd2-60d1-42b9-b8da-90d6771e1565..jpg

Aşqabadda səhnəyə qaçıb müğənnini qucaqlayan qız universitetdən qovuldu, həbs edildi – FOTO/VİDEO

Baxış sayı: 843 dəfə baxılıb.

Aşqabadda səhnəyə qaçıb müğənnini qucaqlayan qız universitetdən qovuldu, həbs
edildi – FOTO/VİDEO

Yeni il ərəfəsində Türkmənistanın paytaxtı Aşqabadda xarici estrada
ulduzlarının konsertləri keçirilib.

Onların arasında məşhur rusiyalı müğənni Coni (əsl adı Cahid Əfrail oğlu
Hüseynli) də olub. 10 min tamaşaçının qatıldığı konsert dekabrın 27-də baş
tutub.

Müğənninin çıxışı zamanı qız pərəstişkarı səhnəyə qaçıb və onu qucaqlayıb. Bir
dəqiqə sonra isə qara kostyumda üç kişi qızı səhnə arxasına aparıb. Hadisənin
videogörüntüləri sosial şəbəkələrdə geniş yayılıb.

Bununla bağlı Aşqabadda yayılan xəbərlərdə qızın Dövlət Maliyyə İnstitutunun
(keçmiş Xalq Təsərrüfatı İnstitutu) 2-ci kurs tələbəsi olduğu, lakin həmin
davranışına görə universitetdən xaric edildiyi bildirilir. Həmçinin hazırda 15
sutkalıq həbs cəzası çəkdiyi də qeyd edilir.

Eyni zamanda Coni konsertdən sonra verdiyi müsahibədə bildirib ki, gələcəkdə
onun musiqisi hörmətli Arkadağın musiqisinə bənzəsə, bu sadəcə möhtəşəm olacaq.

“Hələ ortaq mahnı da yazdırsaq, mən o zaman sonsuz dərəcədə xoşbəxt olacağam”,
– deyə müğənni vurğulayıb.

Qeyd edək ki, Conidən başqa Türkmənistan paytaxtında Dima Bilan, Nyuşa, İrem
Derici və Mustafa Sandal da konsert proqramı ilə çıxış ediblər. Biletlərin
qiyməti 100 manat (dövlət kursu ilə 29 dollar, qara bazarda isə təxminən 5
dollar) təşkil edib. Kassalarda böyük növbələr yaranıb, əldən satılan biletlər
isə bir neçə dəfə baha olub.

Polis növbələrdə yaranan qalmaqalların və davaların qarşısının alınması üçün
tədbirlər görüb. Baş verənləri mobil telefonla lentə alanlar isə yaxalanıblar.

Mənbə: “Turkmenportal”


Source link