Qazaxıstan Bakı və İrəvana sülh müqaviləsinin bağlanması üzrə danışıqlar üçün
Almatıda platforma təklif etməyə hazırdır.
Cixisyolu.com xəbər verir ki, bu barədə Kasım-Jomart Tokayevlə Ermənistan prezidenti
Vaaqn Xaçatryan arasında aparılan danışıqların yekununa dair dərc olunan
bəyanatda qeyd edilib.
Xatırladaq ki, bir neçə ay əvvəl Kasım-Jomart Tokayev 1991-ci ildə “Müstəqil
Dövlətlər Birliyi (MDB) dövlətlərinin müstəqil inkişafının əsaslarını təyin
edən və dövlətlərarası sərhədlərin müəyyən edilməsi prinsiplərini təsbit edən
tarixi Alma-Ata Bəyannaməsi”nin Almatıda imzalanmasını simvolik hesab etdiyini
vurğulamışdı.