Qazaxıstanın paytaxtı Astanada post-modern üslubda inşa olunmuş “Tanrının çiçəyi” adlı məscidin açılışı olub.
ÇıxışYolu.Com xəbər verir ki, bu barədə “Fərqanə” agentliyi məlumat yayıb.
Binanın eksteryeri bir növ çiçək və cilalanmış almazı xatırladır. Minarə isə qamışdan olan qələm formasındadır.
Memar Saqındık Cambulatovun dediyinə görə, məscid ənənəvi ornamentlər və yeni qazax dekorativ elementlərindən istifadə olunmaqla post-modern üslubda layihələndirilib.
Məscidin sahəsi 2248 kv.metr təşkil edir, minarənin hündürlüyü 43,5 metrdir.