Astara sərhəd buraxılış məntəqəsi 24 saatlıq iş rejiminə keçib

Astara sərhəd buraxılış məntəqəsi 24 saatlıq iş rejiminə keçib

Baxış sayı: 2. 164 dəfə baxılıb.

Astara Gömrük İdarəsində Azərbaycan və İran İslam Respublikasının sərhəd və gömrük orqanlarının rəsmiləri arasında görüş keçirilib.

ÇıxışYolu.Com APA-ya istinadən xəbər verir ki, görüşdə Azərbaycan-İran  Hökumətlərarası Komissiyanın 2018-ci ilin 12-14 mart tarixlərində keçirilmiş 12-ci iclasında Azərbaycan-İran dövlət sərhədində Culfa, Astara və Biləsuvar dövlət sərhəd buraxılış məntəqələrinin 24 saatlıq iş rejiminə keçirilməsi ilə bağlı qəbul edilmiş qərarın icrasını təmin etmək məqsədilə iki ölkə rəsmiləri arasında müzakirələr aparılıb.

Sonra Astara sərhəd buraxılış məntəqəsinin mayın 10-dan etibarən 24 saatlıq iş rejiminə keçirilməsi ilə əlaqədar Azərbaycan və İran İslam Respublikasının sərhəd və gömrük orqanlarının rəsmiləri arasında protokol imzalanıb.

Sənədi Azərbaycan tərəfdən sərhəd nümayəndəsi polkovnik-leytenant Azad Abdullayev, İran tərəfdən sərhəd nümayəndəsi Nozər Muradi imzalayıblar.

Görüşdə Dövlət Sərhəd Xidməti Aparatının rəhbəri general-mayor Elçin İbrahimov, Dövlət Gömrük Komitəsinin gömrük nəzarəti baş idarəsinin rəisi gömrük xidməti general-mayoru Cavad Qasımov iştirak ediblər.

www.ÇıxışYolu.Com