Astara sakini oğlunu narkotik qaçaqmalçılığına cəlb edib - FOTO

Astara sakini oğlunu narkotik qaçaqmalçılığına cəlb edib – FOTO

Baxış sayı: 2. 425 dəfə baxılıb.

Dövlət Sərhəd Xidməti (DSX) əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində külli miqdarda narkotik vasitənin ölkə əra­­zisinə qanunsuz yolla gətiril­məsinin qarşısı alınıb.

DSX-nin mətbuat xidmətindən ÇıxışYolu.Com-a bildirilib ki, Astara rayonunun Sım kəndi yaxınlığındakı sərhəd zastava­sının xidməti sahəsində dövlət sərhədinin pozulması ilə əlaqədar təxirəsalınmaz sərhəd axtarışı əməliyyatı keçirilib, yaxınlıqdakı yaşayış məntəqələrinə hərə­kət yolları qapadılaraq tam nəzarətə götürülüb.

Kompleks qoşun və əmə­liyyat-axtarış tədbirləri nəticə­sində İrandan Azər­baycan Respubli­kası isti­qamə­tində dövlət sərhədini pozmuş İran İslam Res­pub­likası vətəndaşları – 1961-ci il təvəllüdlü Məhtəvi Nasir və 1991-ci il təvəllüdlü Allahyar Ruzbeh saxlanılıblar.

Sərhəd pozucularının üzərində 1 ədəd 12 millimetrlik “Winchester” tipli və 1 ədəd 12 millimetrlik qoşalülə ov tüfəngləri aşkar olunaraq götürülüb. Araş­dırma zamanı İran vətəndaşlarının dövlət sərhədini pozaraq Azərbaycan Res­publikasına keçirdikləri külli miqdarda narkotik vasitəni Astara rayonu Ha­mu­şam kənd sakini 1950-ci il təvəllüdlü Vahabov Ayətulla Calal oğluna çatdır­maları müəyyənləşib.

Əməliyyat-axtarış təd­birlərinin davamı olaraq Dövlət Sərhəd Xidmətinin Lənkəran sərhəd dəstəsi tərəfindən Daxili İşlər Nazirliyinin Astara rayon polis şöbəsi ilə birgə Vaha­bov Ayətulla Calal oğlu sax­lanılıb, həyətyanı sahə­sində xüsusi yer­də gizlədilmiş yerdə 14 kq 054 qram narkotik vasitə (13 kq 334 qram heroin, 720 qram tiryək) aşkar olu­naraq götürülüb.

Bununla yanaşı, və­təndaş A. Vahabovun öz övladı – 1995-ci il təvəllüdlü Vahabov Mikayıl Ayətulla oğlunu narkotik qa­çaq­mal­çılığı ilə əlaqədar cinayətkar fəaliyyətə cəlb etməsi faktı da müəyyənləşib və vətəndaş M. Vahabov da həbs olunub.

Fakt üzrə Dövlət Sərhəd Xidmətinin İstintaq və Təhqiqat İdarəsi tərəfindən cinayət məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb.

www.ÇıxışYolu.Com