Astarada bir nəfər dənizdə boğulub.
ÇıxışYolu.Com xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinə məlumat daxil olub.
Bildirilib ki, qaynar xəttə Astara rayonunda, dənizdə, qeyri-çimərlik ərazidə (nəzarətsiz) 1 nəfərin batması barədə məlumat gəlib.
Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.
Axtarışlar nəticəsində 2003-cü il təvəllüdlü İsmayılov Sahib Rauf oğlunun meyiti aşkarlanıb və aidiyyəti üzrə təhvil verilib.