1e5be6bf-9a09-4c38-bcee-9d423c029c69..jpg

Astarada 22 yaşlı oğlanın nişanlısını bıçaqlanmasının təfərrüatı məlum olub – YENİLƏNİB

Baxış sayı: 1. 115 dəfə baxılıb.

Astarada 22 yaşlı oğlanın nişanlısını bıçaqlanmasının təfərrüatı məlum olub –
YENİLƏNİB

Astarada baş verən bıçaqlanma hadisəsi ilə bağlı bəzi təfərrüatı məlum olub.

APA-nın yerli bürosunun məlumatına görə, hadisəni törədən 22 yaşlı Mirisaq
Mirtalıbovun Vətən müharibəsi iştirakçısı olduğu bildirilir.

Döyüşlər zamanı onun yaralandığı və barotravma (kantuja) aldığı deyilir.

Onun xəstəliyini bilən qız tərəfi nişanı bir neçə dəfə qaytarmaq istəyib.

Gənc oğlan axşam saatlarında qızın valideyinlərinin evdə olmadığından istifadə
edərək onlara gedib.

Aralarında yaranan mübahisə nəticəsində əvvəlcə nişanlısını döyüb, sonra onun
bədəninin müxtəlif nahiyələrinə 4 bıçaq zərbəsi vurub.

Xəsarət alan Səbinə Qənbərova xəstəxanada əməliyyat olunur.

19:58

Astarada gənc oğlan nişanlısını bıçaqlayıb.

“Report” xəbər verir ki, hadisə rayonun Şiyəkəran kəndində baş verib.

Belə ki, 22 yaşlı Mirisaq Mirvaleh oğlu Mirtalıbov şəxsi münasibətlər
zəminində nişanlısı Səbinə Nicat qızı Qənbərovanı döyüb və ona bıçaqla xəsarət
yetirib.

Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılan S.Qənbərova cərrahi əməliyyata
alınıb.

Faktla bağlı araşdırma aparılır.

Source link