Astarada altıotaqlı ev yanaraq külə dönüb
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Astarada altıotaqlı ev yanaraq külə dönüb.
Bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.
Bildirilib ki, yanğın rayonun dağlıq ərazisində, Marzəsə kəndində baş verib,
Maarif Mütəllim oğlu Babayevə məxsus fərdi yaşayış evi yanıb.
FHN Astara Rayon Yanğından Mühafizə Hissəsinin texnikaları yol olmadığından
hadisə yerinə çata bilməyiblər. Nəticədə iki mərtəbəli altıotaqlı yaşayış evi
bütünlüklə yanıb.
Yanğının səbəbi araşdırılır.