f9781df5-1656-4ec6-9d52-e26af4241e6f..jpg

Astarada Azərbaycan-İran gömrük rəsmilərinin ilk görüşü olub

Baxış sayı: 946 dəfə baxılıb.

Astarada Azərbaycan-İran gömrük rəsmilərinin ilk görüşü olub
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Astarada Azərbaycan-İran sərhədində avtomobil körpüsündə
gömrük idarələrinin rəhbərlərinin ilk görüşü
olub.

Cixisyolu.com-ın məlumatına görə, bu barədə İran İslam Respublikasının Bakıdakı
səfirliyindən xəbər verilib.

Bildirilir ki, görüşdə yeni sərhəd körpüsündən keçən yük maşınlarının sayının
artması və keçidin sadələşməsi barədə fikir mübadiləsi aparılıb.

Məlumatda vurğulanır ki, İranın Astara gömrük idarəsinin baş direktoru
Əlihüseyn Zülqədri hər iki ölkənin Astara sərhəd-gömrüyünün yaratdığı
imkanlardan maksimum şəkildə istifadə edə biləcəyinə ümidini ifadə edib.

O, yeni sərhəd körpüsünün Azərbaycan və İranla yanaşı, digər qonşu dövlətlər,
həmçinin Avrasiya ölkələri arasında yeni ticari və kommersiya mübadiləsinin
həcminin artırılması üçün əlverişli imkanlar yaratdığını, ümumiyyətlə
Şimal-Cənub Beynəlxalq Dəhlizində önəmli rola sahib olduğunu vurğulayıb.

Xatırladaq ki, 2023-cü ilin dekabrın 30-da Azərbaycan-İran sərhədində
avtomobil körpüsünün və modul tipli buraxılış məntəqəsininaçılışı olub
.

Körpünün tikintisi 2022-ci ilin martın 1-də başlayıb. Yük nəqliyyat vasitələri
üçün nəzərdə tutulan körpünün ümumi uzunluğu 97,5 metr, eni dörd metr təşkil
edir. Körpüdə dörd hərəkət zolağı mövcuddur. Körpü üzərində hər birinin eni 2,5
metr olan iki piyada yolu da inşa edilib.

Modul tipli dövlət sərhədindən buraxılış məntəqəsinin tikinti-quraşdırma
işləri cari ilin avqustun 28-də başlayıb və dekabrın 1-də yekunlaşdırılıb.
Sahəsi 4 500 kvadratmetr olan buraxılış məntəqəsində gömrük prosedurlarının
səmərəli formada tətbiq olunması, sürətli keçidin təmin edilməsi məqsədilə
müvafiq şərait yaradılıb.

Source link