c3620e1f-8d9b-4d59-8b2d-830fd40d4d59..jpg

Astarada brakonyerliklə məşğul olan şəxs saxlanılıb

Baxış sayı: 846 dəfə baxılıb.

Astarada brakonyerliklə məşğul olan şəxs saxlanılıb
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Su Nəqliyyatında Polis İdarəsinin Lənkəran Xətt Polis Şöbəsinin əməkdaşlarının
keçirdikləri tədbirlərlə Astara rayonu ərazisində, Şahağacı çayında qanunsuz
balıq ovu ilə məşğul olan rayon sakini N.Əliyev saxlanılıb.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupu
məlumat yayıb.

Bildirilib ki, həmin şəxsdən sintetik torlar və qanunsuz ovlanmış müxtəlif növ
balıqlar aşkar edilib.

Araşdırmalar davam etdirilir.

Source link