Astarada baş vermiş ağır yol nəqliyyat hadisəsi nətincəsində 18 yaşlı gənc dünyasını dəyisib
ÇıxışYolu.Com-ın bölgə müxbirinin verdiyi xəbərə görə, hadisə Astara rayonunun Şüvi kəndi ərazisində baş verib.
Şüvi kənd sakini,17 yaşlı Şəhriyar Əsgərovun idarə etdiyi “VAZ 21011” markalı, 99 RU 131 dövlət qeydiyyat nişanlı avtomobil Astara rayonu Siyətük kənd sakini, 37 yaşlı Şamradov Məmməd Şükür oğlunun idarə etdiyi “Mersedes” markalı, 99HD 377 dövlət qeydiyyat nişanlı yük avtomobili ilə toqquşub.
Nəticədə “VAZ 21011”- də olan sənrişin, Astara rayonu Şüvi kənd sakini, 18 yaşlı Baxşiyev Qadir Kamil oğlu hadisə yerində dünyasını dəyişib, sürücü Şəhriyar Əsgərov isə ağır bədən xəsarətləri ilə Lənkəran rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Vəziyyətinin ağır olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.
Rövşən Mövlan