Astarada yanğın hadisəsi baş verib.
ÇıxışYolu.Com-ın FHN-in saytına istinadən verdiyi xəbərə görə, yanğın rayonun Rudəkənar kəndində ümumi sahəsi 260 m2 olan evdə baş verib.
Nəticədə evin dam örtüyünün 2-ci mərtəbəsinin tavanı 114 m2 sahədə və ev əşyaları qismən yanıb.
Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.