Astarada oğluna xəsarət yetirən ata saxlanılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan
APA-nın sorğusuna cavab olaraq bildirilib ki, şəxsi münasibətlər zəminində oğlu
Tural Hüseynova ov silahı ilə xəsarət yetirməkdə şübhəli bilinən Ağaşir
Hüseynov polis əməkdaşlarının keçirdikləri tədbirlərlə saxlanılaraq istintaqa
təhvil verilib.
Araşdırmalar davam etdirilir.
Qeyd edək ki, hadisə iki gün bundan əvvəl Astarada baş verib. Sitrus bağlarına
görə düşən mübahisə zəminində Ağaşir Hüseynov oğlu Tural Hüseynovaov tüfəngi
ilə atəş açaraq ona xəsarət yetirib.