Astarada qətl hadisəsi baş verib
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Astarada yaşlı qadın qətlə yetirilib.
DİN-in Mətbuat Xidmətinin regional qrupundan verilən məlumata görə, noyabrın
10-da saat 16 radələrində Astara rayonunun Kakalos kənd sakini 1946-cı il
təvəllüdlü Məmmədova Zeynəb Əziz qızının qətlə yetirilməsi ilə bağlı polisə
məlumat daxil olub.
Cinayət əməlini törətməkdə şübhəli bilinən şəxsin, yaxud şəxslərin
saxlanılması istiqamətində polis əməkdaşları tərəfindən tədbirlər görülür.