5497ec2d-6d47-440a-b0c3-bcdcd1b321a9.jpg

Astarada qanunsuz ov edən şəxs saxlanılıb

Baxış sayı: 34 dəfə baxılıb.

Çəltik sahəsində qanunsuz ov edən Astara sakini saxlanılıb.

Cixisyolu.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat
Xidməti məlumat yayıb.

Bildirilib ki, Astara Rayon Polis Şöbəsinin əməkdaşlarının qanunsuz ovlamanın,
mülki silahın daşınması qaydalarının pozulması hallarının qarşısının alınması
məqsədilə keçirdikləri növbəti tədbirlər nəticəsində Z.Məmmədovun rayonun
Süparibağ kəndi ərazisindəki çəltik sahəsində qanunsuz ov etdiyi müəyyən
olunub. Ondan 1 ədəd “İJ” markalı tüfəng, ov alətləri və qanunsuz ovladığı çöl
quşları aşkarlanıb.

Bundan əlavə, şöbə əməkdaşları tərəfindən rayon ərazisində qanunsuz saxlanılan
silah-sursatla bağlı keçirilən tədbirlər nəticəsində 11 nəfər rayon sakinindən
qanunsuz olaraq saxladıqları ov tüfəngləri aşkarlanaraq götürülüb.

Faktlar üzrə araşdırma aparılır.

Source link