66e91462-d70f-4396-b04d-3c3e9d131c4a..jpg

Astarada sürət yarışı keçirməklə avtoxuliqanlıq edən sürücülər həbs olunublar – FOTO/VİDEO

Baxış sayı: 704 dəfə baxılıb.

Astarada sürət yarışı keçirməklə avtoxuliqanlıq edən sürücülər həbs olunublar
– FOTO/VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Astarada sürət yarışı keçirməklə avtoxuliqanlıq edən sürücülər həbs olunublar

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Cixisyolu.com
-a verilən məlumata görə, Astara Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi
Bölməsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə şəhər ərazisində digər
hərəkət iştirakçıları üçün ciddi təhlükə yaradan, idarə etdikləri “Toyota”
markalı avtomobillərlə sürət yarışı keçirməklə yol hərəkəti qaydalarını kobud
şəkildə pozan Mirəli Rəhimov və Nihad Abışov saxlanılıblar.

Avtoxuliqanlıq hərəkətləri edən həmin şəxslər barəsində toplanmış material
hüquqi qiymət verilməsi üçün Astara Rayon Məhkəməsinə göndərilib. Məhkəmənin
qərarı ilə hər iki şəxs sürücülük hüququ bir il müddətində məhdudlaşdırılmaqla
25 sutka inzibati qaydada həbs ediliblər.

Source link