9fb69290-8961-451b-9b85-0ba4cab6852b..jpg

“Aston Villa” “Brayton”u meydana çıxmağa peşman etdi: Darmadağın qeydə alındı – VİDEO

Baxış sayı: 601 dəfə baxılıb.

“Aston Villa” “Brayton”u meydana çıxmağa peşman etdi: Darmadağın qeydə alındı
– VİDEO

İngiltərə Premyer Liqasında VII turun açılış oyunu bol qollu alınıb.

Cixisyolu.com xəbər verir ki, “Aston Villa” – “Brayton” matçında yeddi qol vurulub.

Qarşılaşma meydan sahiblərinin böyük hesablı qələbəsi ilə başa çatıb – 6:1.

Olli Uotkinsin het-trik etdiyi qarşılaşmada “Aston Villa”nın digər qollarını
Ceykob Remzi və Duqlas Luis vurublar. Eyni zamanda qonaqların heyətində Pervis
Estupinyan avtoqol müəllifi olub. “Brayton”un yeganə qolunu isə Ansu Fati vurub.

Bu nəticədən sonra komandalar turnir cədvəlində yerdəyişmə ediblər. Xallarını
15-ə çatdıran “Aston Villa” üçüncü pilləyə yüksəlib. Eyni xala malik “Brayton”
dördüncü yerə düşüb.


Source link