“Aston Villa” Koutinyonu icarəyə götürdü
“Aston Villa” “Barselona”dan yarımmüdafiəçi Filip Koutinyonu icarəyə götürüb.
29 yaşlı yarımmüdafiəçi mövsümün qalan hissəsini Birmingem klubunda keçirəcək.
“Aston Villa” 29 yaşlı futbolçunun maaşını qismən ödəyəcək.
“Barsa”nın mətbuat xidmətinin məlumatına görə, müqavilədə mövsümün sonunda
oyunçunu almaq hüququ da öz əksini tapıb.
Braziliyalı hələ tibbi müayinədən keçməli və iş icazəsi almalıdır.
Qeyd edək ki, Koutinyo 2018-ci ildə “Liverpul”dan “Barselona”ya keçib. 2019/20
mövsümündə braziliyalı icarə əsasında “Bavariya”da çıxış edib.
Bu mövsüm hücumameyilli yarımmüdafiəçi “Barsa”nın heyətində bütün turnirlərdə
16 oyun keçirib və 2 qol vurub.
Mənbə: sports.ru