ATƏT-in Parlament Assambleyasının müşahidə missiyasının rəhbəri Marqret Kiner Nellen (İsveçrə) Azərbaycanda keçirilən prezident seçkilərini müşahidə edir.
ÇıxışYolu.Com-ın xəbərinə görə, Marqret Kiner Nellen seçki prosesini 22 saylı Nəsimi II seçki dairəsinin 26 saylı seçki məntəqəsində izləyir.
Ardından o, Bakıda yerləşən bir sıra digər seçki məntəqlərinə də baş çəkəcək.
Qeyd edək ki, ATƏT PA-nın müşahidə missiyasına 20-dən çox ölkədən 40 parlament üzvü daxildir.