ATƏT sədrliyi olaraq biz ATƏT-in Minsk qrupunun həmsədrlərinin Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanmasına dair göstərdiyi səyləri dəstəkləyirik.
ÇıxışYolu.Com-ın məlumatına görə, bunu ATƏT-in fəaliyyətdə olan sədri, Slovakiyanın xarici işlər naziri Miroslav Layçak Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovla birgə keçirilən mətbuat konfransında bildirib.
Miroslav Layçak danışıqların formatının dəyişdirilməsi barədə də danışıb.
O bildirib ki, tərəflərin qəbul etdiyi ATƏT-in Minsk qrupunun həmsədrləri formatı var:
“Əgər danışıqlara formatına dair hər hansı bir mümkün dəyişiklik olarsa, bu, mütləq razılaşdırılmalıdır”.
İlhamə Əbülfət