Ata-oğul namus üstündə həmkəndlisinin əyninə zorla qadın alt paltarları
geyindirib – CƏZA
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Ali Məhkəmədə xuliqanlıqda təqsirləndirilən Sakit Mustafayev və onun oğlu
Qabil Mustafayevin (hər ikisinin ad, soyadı şərti) barəsindəki hökmdən dövlət
ittihamçısı tərəfindən verilən kassasiya protesti üzrə məhkəmə iclası başa
çatıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Tahir Kazımovun sədrliyi ilə
keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, protest təmin edilməyib.
Lerik Rayon Məhkəməsinin hökmü ilə Sakit Mustafayevin aylıq qazancından hər ay
15% dövlət nəfinə pul tutulmaqla o, 1 il müddətinə islah işləri cəzasına məhkum
edilib. Qabil Mustafayevə isə 1 il müddətinə azadlığın məhdudlaşdırılması
(elektron qolbaq) cəzası təyin olunub. Hökmdən narazı qalan dövlət ittihamçısı
apellyasiya protesti verib. Şirvan Apellyasiya Məhkəməsi protesti təmin etməyib.
İttihama görə, Qabil Mustafayevin arvadının mobil telefonuna həmkəndliləri
mütəmadi olaraq zənglər ediblər. Bununla bağlı olaraq ata və oğlu zərərçəkmiş
Xəlil Əsgərovu (şərti) cəzalandırmaq qərarına gəliblər. Bu məqsədilə onlar 14
iyul 2022-ci il tarixdə, saat 17-18 radələrində xuliqanlıq niyyəti ilə
zərərçəkmişin bədəni üzərində sol baldır, sol iç topuq, sağ dirsək
nahiyələrində sıyrıqlarla nəticələnən və sağlamlığına zərər vurmayan xəsarətlər
yetiriblər. Daha sonra Sakit və Qabil Xəlilin əyninə zorla qadın alt paltarları
geyindirərək VAZ-2121 markalı avtomobillə yaşadıqları kənddən Lerik şəhərinin
“Avtovağzal” adlanan ərazisinə gətiriblər. Həmin şəxslər orada insan çox olan
yerdə Xəlili buraxıb, ünvanına nalayiq ifadələr işlədiblər.