b5fcd18f-4d66-4fca-b1db-7b471bf08553.jpg

Ata və oğul müharibənin ən qızğın anlarında, güllələr altında görüşüblər

Baxış sayı: 246 dəfə baxılıb.

Birinci Qarabağ müharibəsində 18 yaşlı əsgər kimi iştirak edən Kamil Duniyev
30 il sonra oğlu ilə birlikdə Vətən müharibəsində iştirak edib.

Bu gün onların hər ikisinin müharibə xatirələri bir fotoalbomda toplanıb.

Peşəkar hərbi biliklərə yiyələnən K.Duniyev 2020-ci il Vətən müharibəsi zamanı
polkovnik-leytenant rütbəsində Birinci Qarabağ müharibəsində əsgəri olduğu
hərbi hissəyə komandir təyin edilir.

Hərbi çağırışçı, sıravi Səfər Duniyev isə onunla eyni cəbhədə, Talış-Suqovuşan
istiqamətində əsgər kimi döyüşlərə qatılır.

Onlar ön cəbhənin ayrı-ayrı istiqamətlərində vuruşsalar da, müharibənin ən
qızğın anlarında, güllələr altında görüşə bilirlər.

“Müharibənin ilk günlərində Talış kəndi alınandan sonra təsadüf nəticəsində
atamla qarşılaşdıq və görüşdük. Atam mənə evin tək oğlu olduğumu, bu səbəbdən
mənə arxa təminatda qalmağımı bildirdi. Mən isə döyüş yoldaşlarımla bir yerdə
müharibədə iştirak edəcəyimi söylədim”, – deyə müharibə iştirakçısı Səfər
Duniyev bildirib.

Döyüşlər zamanı Talış kəndi ərazisində düşmənin basdırdığı minanın partlaması
nəticəsində ata K.Duniyev ağır yaralanır, ayağının biri amputasiya edilir.
Digər yaralarına görə isə hazırda da müalicə alır.

Polkovnik-leytenant Kamil Duniyev işğaldan azad olunan hər daşın, hər ağacın
indi üçrəngli bayrağımızla bütövləşdiyini görməsini 30 illik hərb həyatının ən
böyük mənası sayır.

Bu gün isə hər iki qazi, hər iki döyüşçü Vətən şəhidlərini ziyarət etməyi
özlərinin müqəddəs borcu hesab edirlər.

Daha ətraflı Baku TV-nin materialında:

Ata və oğul müharibənin ən qızğın anlarında, güllələr
altında görüşüblər
Ata və oğul müharibənin ən qızğın anlarında, güllələr altında görüşüblər

Source link