e654362b-d298-4bc3-a322-f916c430877b..jpg

Atalığının Nəsibə Zeynalovaya yaşatdığı travma – VİDEO

Baxış sayı: 951 dəfə baxılıb.

Atalığının Nəsibə Zeynalovaya yaşatdığı travma – VİDEO

Baku TV-də yayımlanan “Retro Baku” verilişinin növbəti buraxılışı Xalq artisti
Nəsibə Zeynalovaya həsr olunub.

“Qaynana” kimi sevilən N.Zeynalova 20 aprel 1916-cı ildə Bakıda dünyaya gəlib.
Atası Kərbəlayi Cahangir tanınmış tacir və aktyor idi.

Onun ən böyük arsuzu övladını səhnədə görmək olub. Lakin bu, ataya nəsib
olmayıb.

1918-ci ilin mart ayında C.Zeynalov ailəsi ilə İrana yollanıb. Sentyabrda
Bakıya qayıdanda gəmidə yatalaq xətəliyinə tutulub və qısa müddət sonra vəfat
edib. Həmin vaxt Nəsibənin iki yaşı olub.

Azərbaycanda Sovet hökuməti qurulanda C.Zeynalovun mülklərini, bütün sərvətini
müsadirə edirlər. Anası ilə tək qalan Nəsibəni mülklərdən çıxarıb zirzəmiyə
yerləşdirirlər və ailənin çətin günləri bundan sonra başlayır.

Hüsniyə xanım yenidən ailə qurur. Amma ikinci dəfə ailə qurduğu adam evdə olan
bir neçə dəyərli əşyanı da satır və C.Zeynalovun bütün şəkillərini, sənədlərini
yandırır.

Daha ətraflı süjetdə:


Source link