Atambayev ilk dəfə məhkəməyə gətirildi

Baxış sayı: 1. 953 dəfə baxılıb.

Atambayev ilk dəfə məhkəməyə gətirildi

Qırğızıstanın eks-prezidenti Almazbek Atambayev ilk dəfə məhkəməyə gətirilib.

“RİA Novosti” xəbər verir ki, Atambayevin işinə 1 May Rayon Məhkəməsində baxılıb.

Keçmiş prezident məhkəmə iclasına Milli Təhlükəsizlik üzrə Dövlət Komitəsinin istintaq təcridxanasından gətirilib və müşayiət otağına salınıb.

Xatırladaq ki, noyabrın ortalarında Bişkekin 1 may Rayon Məhkəməsi kriminal avtoritet Əziz Batukayevin qanunsuz olaraq azad edilməsi ilə bağlı cinayət işinin baxılmasına başlayıb.

Məhkəmədə təqsirkar şəxs qismində iştirak edənlərdən biri də Atambayev olub. Qapalı rejimdə keçirilən məhkəmə iclasına jurnalistlər buraxılmayıb. Məhkəmənin iclası eks-prezidentin iştirakdan imtina etməsinə görə baş tutmayıb.