Xüsusi təyinatlılar üçüncü mərtəbəyə qalxanda mən 5-6 dəfə yuxarıya atəş açdım.
Bunu Qırğızıstanın keçmiş Prezidenti Almazbek Atambayev jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, həmin vaxt qaranlıq olub:
“Atəş açanda güllənin səkdiyini, yaxud kiməsə dəydiyini bilmirəm. Çalışırdım ki, xüsusi təyinatlılardan heç kimə dəyməsin. Lakin kimsə onları qabağa itələyirdi. Dərhal xəbərdarlıq etdim ki, müqavimət göstərəcəyəm”.
A.Atambayev bildirib ki, bütün silahları toplayaraq evinin üçüncü mərtəbəsinə qoyublar:
“Xalq bütün silahları təhvil verdi, biz heç kimi silahlandırmırıq”.