Hüquq-mühafizə orqanlarının əməkdaşları Qırğızıstanın keçmiş Prezidenti Almazbek Atambayevin Koy-Taş kəndindəki evinə yenidən hücum edib.
Bunu TASS-a A.Atambayevin qərargahından deyiblər.
Bildirilir ki, atəş səsləri eşidilir və işıq-səs qumbalarından istifadə olunur. Eks-prezidentin evinin daxilindəki tərəfdarları müqavimət göstərməyə çalışırlar. Onlar xüsusi təyinatlılara daş və dəyənəklər atırlar.
Bu, sutka ərzində A.Atambayevin evinə ikinci hücum cəhdidir.