Bloqer Şəfiqə Fərzəliyeva sosial media hesabında valideynləri tərəfindən fiziki zorakılığa məruz qalaraq imtina edilən uşaqlar haqqında video paylaşıb.
ÇıxışYolu.Com xəbər verir ki, o, paylaşımında həmin uşaqlardan birinin anası tərəfindən döyülüb, küçəyə dilənmək üçün göndərildiyini deyib.
Bildirib ki, bununla bağlı “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalovaya müraciət edib:
“Kiməsə övlad qismət olmur, amma qismət olanda da, bu uşaqlar kimi bivec anaları olur. Öz kefinə görə uşaqları evdə ac-susuz buraxıb gedir. Hələ üstəlik, digərini də dilənməyə yollayır.
Xədicə Mahir, çox sağol ki, bu haqda mənə məlumat verdin. Mehriban Zeynalova, bilmirəm, sizə nə deyim, necə təşəkkür edim. Sizə deyən kimi dərhal bu dörd körpəni sığınacağa qəbul etdiniz. Var olun.
Uşaqlar da bezmişdilər. Ümid edirəm ki, onlardan imtina edən anadan sonra həyatları daha gözəl olacaq”.
Birliyin sədri Mehriban Zeynalova bir müddətdən sonra həmin paylaşıma reaksiya verərək, sosial hesabında yazdığı məlumatda həmin uşaqların artıq sığınacaqda olduğunu qeyd edib:
“Bu balacalar valideynləri tərəfindən döyülüblər. Sonra onları evdə tək qoyub gediblər. 2-3 gün ərzində evdə tək qalıblar. Onların üzlərində yara izləri var və valideynləri tərəfindən imtina edildiklərini bildiriblər. Uşaqlar artıq sığınacaqdadırlar”.
Paylaşılan videonu sizə təqdim edirik: