76587399-28b6-4806-908b-f80d9198e18c.jpg

Atasını döyə-döyə öldürən oğul onun üzünü tamam dağıdıbmış: Tükürpədici DETALLAR

Baxış sayı: 286 dəfə baxılıb.

Mingəçevir şəhərində oğulun atasını döyərək öldürməsi hadisəsi ilə bağlı bəzi
detallar məlum olub.

Belə ki, Vüsal Nəbiyev atası Heydər Nəbiyevi yaşadıqları evdə döyərək qətlə
yetirib.

Məlumata görə, mərhum üç oğul atası olub. Hadisəni törədən V. Nəbiyev
ailəsindən boşanaraq atası ilə birgə yaşayırmış.

Mərhumun qardaşı Sərvər Nəbiyev bildirib ki, Vüsal narkoman olub:

“Qətl hadisəsi zamanı atasının qabırğalarını sındırıb. Başını vuraraq
yaralayıb, üzü tamamilə tanınmaz hala düşmüşdü. Gəlib gördük ki, artıq keçinib”.

Ətraflı Baku TV-nin süjetində:

Atasını döyə-döyə öldürən oğul onun üzünü tamam
dağıdıbmış: Tükürpədici DETALLAR
Atasını döyə-döyə öldürən oğul onun üzünü tamam dağıdıbmış: Tükürpədici
DETALLAR

12 oktyabr, 16:22

Mingəçevirdə kişi öldürülüb.

Cixisyolu.com xəbər verir ki, bu barədə Mingəçevir şəhər prokurorluğundan məlumat
verilib.

Bildirilib ki, oktyabrın 12-də saat 13 radələrində Mingəçevir şəhəri, Sahil
küçəsi ünvanında 1960-cı il təvəllüdlü Heydər Nəbiyevin üzərində xəsarətlər
olan meyitinin aşkar edilməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub.

Araşdırma zamanı 1992-ci il təvəllüdlü Vüsal Nəbiyevin oktyabrın 11-də axşam
saatlarında atası Heydər Nəbiyevi döyərək müxtəlif dərəcəli bədən xəsarətləri
yetirməsi nəticəsində sonuncunun almış olduğu xəsarətlərdən ölməsinə əsaslı
şübhələr müəyyən edilib.

Faktla bağlı Mingəçevir şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü
(qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə
səbəb olduqda) maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılır.

Vüsal Nəbiyev iş üzrə şübhəli şəxs qismində tutulub.

Source link