Atasını İsrailə müalicəyə aparan azərbaycanlı brilyant oğurladı - VİDEO

Atasını İsrailə müalicəyə aparan azərbaycanlı brilyant oğurladı – VİDEO

Baxış sayı: 2. 369 dəfə baxılıb.

23 yaşlı azərbaycanlı turist mayın 9-da İsrailin Bat-Yame bölgəsində saxlanılıb. O, 900 min şekel (251 min dollar) dəyərindəki brilyantı oğurlamaqda ittiham olunur. 

ÇıxışYolu.Com İsrail KİV-ə istinadla xəbər verir ki, araşdırmalara əsasən, o, brilyantları Təl-Əvivdəki valyutadəyişmə məntəqəsindən oğurlayıb. 

Hadisədən bir gün əvvəl valyutadəyişmə məntəqəsinin rəhbəri polisə müraciət edərək, brilyantla dolu kisənin oğurlandığını bildirib. Araşdırmaya başlayan polis təhlükəsizlik kameraları vasitəsilə oğrunun kimliyini müəyyən edə bilib.

Məlum olub ki, azərbaycanlı turist atasının müalicəsi üçün İsraildəki “İxilov” xəstəxanasına gətirib. 

Saxlanılan şəxs dindirilib. O, yaxın zamanlarda hakim qarşısına çıxarılacaq.

www.ÇıxışYolu.Com