Atasını qətlə yetirən şəxslə bağlı qərar dəyişdi
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Şirvan Apellyasiya Məhkəməsində İmişli rayonunda atasını qətlə yetirməkdə
təqsirləndirilən rayon sakini Cavid Bədirxanovun barəsindəki hökmdən dövlət
ittihamçısı tərəfindən verilən apellyasiya protesti üzrə məhkəmə iclası başa
çatıb.
Pravda.az xəbər verir ki, hakim İlkin Abdullayevin sədrliyi ilə keçirilən
prosesdə qərar elan olunub.
Qərara əsasən, apellyasiya protesti təmin edilib, Lənkəran Ağır Cinayətlər
Məhkəməsinin çıxardığı qərar dəyişdirilib. Təqsirləndirilən şəxsə
ixtisaslaşdırılmış psixiatriya stasionarında məcburi müalicə təyin edilib.
Xatırladaq ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin qərarı il C.Bədirxanovun
hadisəni törədərkən anlaqsız vəziyyətdə olduğu müəyyən edilib, o, cinayət
məsuliyyətindən və cəzadan azad edilib. Təqsirləndirilən şəxsin barəsində
ixtisaslaşdırılmış psixiatriya stasionarlarında intensiv müşahidə altında
məcburi müalicə təyin edilib. Qərarın icrası Azərbaycan Respublikası Səhiyyə
Nazirliyinin 1 saylı Respublika Psixiatriya Xəstəxanasına tapşırılıb.
Hadisə İmişli rayonunun Hacırüstəmli kəndində qeydə alınıb. 1992-ci il
təvəllüdlü C.Bədirxanov münaqişə zəminində atası, 1960-cı il təvəllüdlü Məmməd
Bədirxanovu kürək nahiyəsindən bıçaqlayıb.
Yaralı xəstəxanaya yerləşdirilsə də, bir müddətdən sonra orada ölüb.
C.Bədirxanov şübhəli şəxs qismində tutulub.
Faktla bağlı cinayət işi başlanılıb.