Atasını qətlə yetirməkdə təqsirləndirilən şəxsin yenidən məhkəməsi başladı
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Şirvan Apellyasiya Məhkəməsində İmişli rayonunda atasını qətlə yetirməkdə
təqsirləndirilən rayon sakini Cavid Bədirxanovun barəsindəki hökmdən verilən
apellyasiya şikayəti üzrə məhkəmə iclası başlayıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim İlkin Abdullayevin sədrliyi ilə
keçiriləcək prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları
dəqiqləşdirilib.
Məhkəmənin növbəti iclası dekabrın 14-nə təyin edilib.
Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə C.Bədirxanovun hadisəni
törədərkən anlaqsız vəziyyətdə olduğu müəyyən edilib, o, cinayət
məsuliyyətindən və cəzadan azad edilib. Təqsirləndirilən şəxsin barəsində
ixtisaslaşdırılmış psixiatriya stasionarlarında intensiv müşahidə altında
məcburi müalicə təyin edilib. Qərarın icrası Azərbaycan Respublikası Səhiyyə
Nazirliyinin 1 saylı Respublika Psixiatriya Xəstəxanasına tapşırılıb.
Qeyd edək ki, hadisə İmişli rayonunun Hacırüstəmli kəndində qeydə alınıb.
1992-ci il təvəllüdlü C.Bədirxanov münaqişə zəminində atası, 1960-cı il
təvəllüdlü Məmməd Bədirxanovu kürək nahiyəsindən bıçaqlayıb.
Yaralı xəstəxanaya yerləşdirilsə də, bir müddət sonra orada ölüb.
C.Bədirxanov şübhəli şəxs qismində tutulub.
Faktla bağlı cinayət işi başlanılıb.